Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyi ilə tibbi heyət arasında iclas keçirilmişdir.

Bugün Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyi ilə tibbi heyət arasında iclas keçirilmişdir. Açılış nitqi ilə çıxış edən Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov ölkəmizdə 2024-cü il fevralın 7-də Azərbaycan Prezidentini müəyyən etmək üçün keçiriləcək növbədənkənar Prezident seçkilərindən söz açaraq başladı. Asiman Həsənov çıxışında bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti nəticəsində beynəlxalq arenada ölkəmizə maraq artır, tərəfdaşlarımızın sayı getdikcə çoxalır. Bugün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə onun milli maraqları nəzərə alınmaqla həyata keçirilir. Çoxəsrlik tariximizə yazılan uğur səhifələri ölkəmizin malik olduğu imkanların təqdimatında öz sözünü deyir. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik olan, vətəndaşlarının sosial problemlərini həll edən, insanların həyat standartlarının sürətlə yüksəldiyi bir dövlət kimi böyük nüfuz qazanıb. Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, sabitlik, iqtisadi inkişaf, insanların sosial rifah halının yüksəlməsi uğurlarımızı şərtləndirən əsas amillərdir. Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin, sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanıb. Həmçinin bu illər ərzində Azərbaycan regionun lider dövləti kimi beynəlxalq münasibətlər sistemində də yerini və mövqeyini əsaslı şəkildə möhkəmləndirib. Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək zirvələri fəth edib. Bu uğurların zirvəsini tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin bütün ölkə ərazisində tam olaraq bərpa olunması təşkil edir. Asiman Həsənov Prezident seçkilərində Bakı Sağlamlıq Mərkəzi kollektivini vətəndaşlıq borclarını yerinə yetirərək bu seçkilərdə aktiv şəkildə iştirak etməyə, fəal olmağa və səsvermə hüququndan istifadə etməyə çağırdı. Biz də öz növbəmizdə seçkilərdə iştirakın əlçatanlığını artırmaq üçün Bakı Sağlamlıq Mərkəzində növbədə olan həkim və personallarımızı, xəstəxanada yatan seçıcı xəstələrimizi nəzərə alaraq, Mərkəzi Seçki Komissiyası ilə danışıqlar apararıb, Mərkəzimizdə müvəqqəti seçki məntəqəsi yaratmışıq və üzvrlər təyin etmişik. İnanıram ki, hər kəs seçkilərdə səs itkisinə yol verilməməyə çalışacaq və ölkəmiz bu seçkilərdə daha çox seçicı ilə iştirak edəcək. Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda xüsusi əhəmiyyət kəsb edir. Belə ki, seçkilərin ölkənin bütün ərazilərində keçirilməsi olduqca əhəmiyyətli bir gün kimi Azərbaycan tarixində özünəməxsus yer tutacaq. Bu seçkiləri digər seçkilərdən fərqləndirən cəhət, bu dəfə seçicilərimizin artıq qalib xalqın mənsubları – seçiciləri olmasıdır. Bu baxımdan, biz öz aramızda qürurla 7 fevral seçkilərini Zəfər Seçkiləri adlandırırıq. Zəfər Seçkilərində qalib Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran və parlaq Qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan Qalib Lider – İlham Əliyev olacaq.

Diqər xəbərlər